Babəkin rayonunun məhkəmə hakiminin vəzifəsi dəyişdirildi - SƏRƏNCAM

Babəkin rayonunun məhkəmə hakiminin vəzifəsi dəyişdirildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin hakimi D.Y.Səfərovun vəzifəsinin dəyişdirilməsi haqqında Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, Məhkəmə-Hüquq Şurasının təklifini nəzərə alaraq, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini və 97-ci maddəsinin ikinci hissəsini rəhbər tutaraq qərara alınır:

- Daşqın Yaqub oğlu Səfərov Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin.

- Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Bütün xəbərlər Facebook səhifəmizdə