Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) "İctimai vəkil kimdir?" mövzusunda interaktiv seminar keçirib. Bu barədə SİA-ya Təşkilatın sədri Gülsel Səfərova məlumat verib
Tədbirin eksperti, beynəlxalq təlimçi Günel Səfərova demokratikləşmə prosesində ictimai vəkilliyin rolu barədə məlumat verərək "vəkil" sözünün mənasının yunan dilindən tərcümədə "mən səni olduğum yerə səsləyirəm" anlamına gəldiyini bildirib.
Ekspert ictimai vəkilliyin hər hansı bir problemin götürülməsi, onu müsbət nəticəyə gətirib çıxaracaq qanunvericilik və yaxud davranışda dəyişikliyin olunması olduğunu deyib.
"İctimai vəkillik qanun deyil, yanaşma olduğunu vurğulayan Günel Səfərova onun əsas komponenti olan davranışa yönəlik dəyişiklikləri Azərbaycan kimi ölkələrdə etmək asandır".
G.Səfərovanın sözlərinə görə, "ictimai vəkillik" anlayışı Azərbaycanda 2002-ci ildən etibarən tətbiq olunmağa başlayıb. O, ictimai vəkillikdə davranış və mədəniyyətin önəmli olduğunu söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB