Azərbaycanda 16 min 273 nəfər güzəştli mənzil sistemində qeydiyyatdan keçərək elektron kabinetə sahibdir. “İki sahil” xəbər verir ki, onlardan yalnız 847 nəfəri 18.12.2020-ci il tarixində Hövsan Yaşayış Kompleksi üzrə mənzil seçimində iştirak edib.
İlk mənzil seçimi ona baxış keçiriləndən 19 saniyə sonra təsdiq edilib.
Sonuncu mənzil isə 10 gün sonra seçilib. İstifadəçilərdən biri 18 dekabr satışın başlanma vaxtından 37 saniyə sonra seçilsə də, müəyyən edilmiş müddətdə mənzil sifarişi ərizəsi imzalanaraq təqdim edilməyibmiş. Nəticədə 28 dekabrda isə digər istifadəçi tərəfindən 10:52:21 də bu mənzilə baxış keçirilib. O, 13 saniyə sonra seçimi təsdiqləyib, 29 saniyə sonra isə sifariş ərizəsini təsdiqləyib.
5-ci mərtəbədə yerləşən bu mənzil 1 otaqlıdır. Güzəştli mənzil sistemində belə mənzillərin qiyməti 32-33 min manat arasında dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB