Fevralın 2-də Azərbaycan Gəncləri Günü ilə əlaqədar YAP Quba rayon təşkilatında videokonfrans keçirilib. Konfransa YAP Quba rayon təşkilatının sədri Yusif Abidov, Vətən müharibəsi iştirakçısı Xəyyam Şahbazov, Tural Kazımov, şəhid Ülvi Məmmədovun qardaşı Fərid Məmmədov, gənc fəal partiya üzvləri qoşulmuşdur. Sədr gəncləri təbrik edərək onlara öz səmimi arzularını çatdırdı. O bildirdi ki, bu əlamətdar gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: "Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu".
Konfransda çıxış edən gənclər Atakişiyeva Günel, Şahbazov Xəyyam, Turabov Abutalıb, Kazımov Tural, Məmmədov Fərid, Mahmudov Ramin və başqalari gənclərin ölkəmizin inkişafındakı rolundan danışdı. Daha sonra bir qrup gəncrayon təşkilatı tərəfindən Gənclər Günü ilə əlaqədar fəxri fərmanla təltif olundu.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB