İki maskanın üst-üstə taxılması Covid-19-a qarşı daha çox qoruma təmin edə bilərmi? Mütəxəssislərin fikrincə, iki maska hər vəziyyətdə daha çox qoruma təmin etmir, lakin bəzi istisnalar var. SİA-nın araşdırmasına görə, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alma Mərkəzi iki və ya daha çox qatdan hazırlanmış bez maskasından istifadə etməyi tövsiyə edir.
Bununla birlikdə maskanın qoruyucu olması üçün burun ətrafında və üz tərəfində boşluqlar olmadan yaxşı oturması lazımdır. Boston Universiteti yoluxucu xəstəliklər mütəxəssisi həkim David Hamerə görə, üzünüzə yaxşı uyğun gələn maska əksər hallarda yeni növ koronavirusa qarşı kifayət qədər qoruma təmin edir. Bununla birlikdə, hava yolu kimi sıx mühitlərdə və yüksək infeksiya riski olan ərazilərdə daha çox qoruma tələb oluna bilər. Kaliforniya Universiteti yoluxucu xəstəliklər mütəxəssisi həkim Monica Qandi bir-birinin üstünə qoyulmuş 2 qat istifadə olunan tibbi maskaların (cərrahi maskalar) N95 maskası qədər qoruyucu ola biləcəyini söyləyib.
Uzun müddət izdihamlı və qapalı məkanlarda qalanlara əlavə qoruma məsləhət bilən həkim Qandi ikiqat maskaların istifadəsinin yoluxucu mutasiya viruslarına qarşı daha çox qoruma təmin etdiyini bildirib. Həkim Qandi və Virgin Tech İnstitutundan həkim Linsey Marrın maskaların qoruma səviyyələri ilə bağlı apardıqları birgə araşdırmanın nəticələrinə görə, maksimum qorunma tələb edən riskli mühitlərdə filtr materialı olan cüt qatlı maskalar tövsiyə olunur. Həkim Qandi sıx şəkildə toxunmuş və ən azı iki təbəqədən ibarət gündəlik parça maskalarının virusa qarşı təsirli bir qoruma təmin edə biləcəyini söyləyir.
Harvard Universiteti: Cərrahi maska üzərinə taxılmış parça maska 91 faiz təsirli olur
Harvard Universitetində aparılan təcrübəyə görə, cərrahi maska ətrafdakı insanları aerosol hissəciklərdən 60-70 faiz qoruyarkən, havadakı aerosol hissəciklərinin yüzdə 50 fazini istifadəçiyə ötürür.
Universitet araşdırması nəticəsində məlum olub ki, cərrahi maska üzərindən parça maskası taxmaq altdakı maskanın üzə daha daha yaxşı oturmasını təmin edir və hissəciklərin ətrafa yayılmasını 91 faiz azaldır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB