YAP Qobustan rayon təşkilatı bu devizlə aksiyalarını davam etdirir
Yeni Azərbaycan Partiyasının keçirdiyi "Şəhid ailələrinə qayğı" aksiyasi çərçivəsində Qobustan şəhərindən olan şəhid Sərxan Hacıyev Eldar oğlunun ailəsini ziyarət edib. YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailəsiinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edib, həmçinin maddi yardım olunub.
Füzuli Gülaliyev vətənimizin işğaldan azad olunmuş torpaqları uğrunda öz qanından, canından keçərək şəhidlik zirvəsinə ucalmış övladlarımızın dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilərək heç zaman unudulmayacağını, onların adlarının əbədiləşdirilməsi üçün müəyyən addımların atılmasını vurğulamışdır: "Torpaqlarımızın azadlığı, Vətənimizin düşmən tapdağından xilas olması üçün canından keçən Azərbaycanın mərd oğulları – Şəhidlərimiz, qazilərimiz qürur mənbəyimizdir".
Şəhidin anası böyük fəxr hissi ilə şəhidlərimizin qanını yerdə qoymadıqlarına, xalqımıza qələbə sevinci yaşatdıqlarına görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
RƏFİQƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB