Qusarda Gənclər günü münasibətilə videokonfrans keçirilib

Qusarda Gənclər günü münasibətilə videokonfrans keçirilib

YAP Qusar rayon təşkilatının gənclər birliyi, Gənclər günü münasibətilə videokonfrans keçirmişdir. Konfransda partiyanın gənc fəal üzvləri, Vətən müharibəsinin iştirakçısı olmuş gənc hərbiçilər və tələbə gənclər təmsil olunmuşdur.

Görüşü giriş sözü ilə acan YAP Siyasi Şuranın üzvü, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov dövlət gənclər siyasətinin əsasınının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasətin Prezident İlham Əliyev tərəfindən layiqıncə davam etdirildiyini qeyd etdi.

Natiq bildirdi ki, 30 il ərzində işğal altında olan torpaqlamızı 44 gün ərzində azad edilməsində Ali Baş Komandanımızın rəhbərliyi altında gənc hərbiçilərimizin göstərdiyi döyüş qəhrəmanlığı misilsizdir.

Konfransda təşkilatın gənclər birliyinin sədri Ayaz Abdullayev, fəal gənc Cəmilə Hacıyeva, Vətən müharibəsinində qəhrəmanlıqla döyüşərək yaralanmış, hazırda müalicələrini davam etdirən gənc hərbiçilər Ruslan Kübərov, Tərlan Həsənov və partiyanın fəalı Babacan Zəkiyev çıxış etmişdir.

Gənclər çıxışlarında Vətənimiz Azərbaycanın müdafiəsinə hər an hazır olduqlarını bildirmiş, Zəfər qələbəsi ilə ölkəmizin tarixinin qızıl hərflərlə əbədi həkk olunduğunu qeyd etmişlər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə