Ermənistan Cavaxetiya bölgəsində konsulluq açmaq istəyir

Ermənistan Cavaxetiya bölgəsində konsulluq açmaq istəyir

Gürcüstanın Cavaxetiya bölgəsində Ermənistan konsulluğunun açılması ilə bağlı danışıqlar davam etdirilir. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, belə bir bəyanatla Ermənistanın xarici işlər nazirinin müavini Sergey Minasyan ölkə parlamentindəki çıxışı zamanı deyib. Onun sözlərinə görə, İrəvanla Tiflis arasında bu istiqamətdə müzakirələr davam etsə də, hələlik konkret qərar yoxdur.

Danışıqlarda müsbət nəticənin əldə olunmadığını deyən Minasyan eyni zamanda məsələnin gündəmdə qaldığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə