Yeni Azərbaycan Patiyası Nizami rayon təşkilatının rəhbərliyi gənclər günü münasibətilə qaziləri ziyarət ediblər. SİA-nın verdiyi məlumata görə, qazilərlə görüşlər zamanı YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, rayon təşkilatının sədr müavini Ramin Əhmədov, Qadınlar Şurasının sədri Sevda Abdullayeva və başqaları 44 gün ərzində davam edən Vətən müharibəsində xalqımızın milli birliyi ilə əldə olunan qələbədə, Zəfər tarixinin yazılmasında gənclərimizin xüsusi payı olduğunu qeyd ediblər, onlara partiya üzvləri adından təşəkkürlərini çatdırıblar.
Qazilər də keçdikləri döyüş yolundan söz açıb, xatirələrini bölüşüblər. Eyni zamanda, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edən qazilər bundan sonra da torpaqlarımızın müdafiəsi naminə Ali Baş Komandanın ətrafında sıx birləşəcəklərini bildiriblər.
Bununla yanaşı, qazilərin problemləri də dinlənilib, onların həəli istiqamətində köməklik olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB