YAP Göyçay rayon təşkilatının Qadınlar Şurası tədbir keçirib FOTO
Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatının Qadınlar Şurası 2 fevral-Gənclər Günü münasibətilə videokonfrans keçirib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan YAP Göyçay rayon təşkilatı Qadınlar Şurasının sədri Zivər Zeynalova əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dövlət gənclər siyasəti haqqında ətraflı danışaraq, ölkəmizdə gənclər üçün hər cür şəraitin yaradıldığını , respublikamızda gənclərin hərtərəfli inkişafı üçün geniş imkanların olduğunu söyləyib.
Daha sonra çıxış edən fəal gənclər Coşqun İsmayılov, Səkinə Mürsəlova, Həmidə Məcidli, Almaz Mustafayeva və başqaları Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Gənclər Prezident İlham Əliyev ətrafında sıx birləşdiklərini, ölkədə həyata keçirilən daxili və xarici siyasəti birmənalı şəkildə dəstəklədiklərini diqqətə çatdırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB