YAP Yasamal Rayon Təşkilatının təşkilatçılığı ilə videokonfrans keçirilib

YAP Yasamal Rayon Təşkilatının təşkilatçılığı ilə videokonfrans keçirilib

Bu gün YAP Yasamal Rayon Təşkilatının təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş videokonfrans keçirilib.

SİA xəbər verir ki, tədbiri giriş nitqi ilə açan YAP Yasamal rayon təşkilatının sədr müavini Bəxtiyar Nəbiyev bildirib ki, müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun təşkili və 2 Fevral - Gənclər Gününün təsis olunması xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev qeyd edib ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gəncliyi onlara göstərilən diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır.

Milli Məclisin deputatı Anar İsgəndərov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etmələrində mühüm rol oynayıb.

YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri İlqar Quliyev bildirib ki, Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir.

YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin Şura üzvü Rəşadət Xalıqov hesabat nitqi ilə çıxış edərək, YAP Yasamal rayon Gənclər Birliyinin 2020-ci il üzrə fəaliyyət istiqamətləri, görülən işlər və əldə edilən uğurlar barədə geniş məlumat verib.

Tədbirdə Vətən müharibəsi qaziləri Xəyal Zeynalov və Gündüz Orucov keçdikləri döyüş yolları ilə bağlı xatirələrini gənclərlə bölüşüblər. Qeyd ediblər ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın orduya dəstəyi daim onları Qələbəyə ruhlandırıb.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiklərinə görə və 2 Fevral – Azərbaycan Gəncləri günü münasibətilə YAP Yasamal rayon təşkilatı tərəfindən “Fəxri Fərman”la təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə