“Qış təlimi-2021” birgə taktiki təlimləri başlayıb - VİDEO

“Qış təlimi-2021” birgə taktiki təlimləri başlayıb - VİDEO

Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə taktiki təlimlərinin aktiv fazası başlayıb. Təlimin senarisinə uyğun olaraq minaatan bölmələri aşkar olunan müxtəlif hədəfləri məhv ediblər.

Təlimlər fevral ayının 1-dən 12-dək keçiriləcək.

Qeyd edək ki, “Qış təlimi-2021” Türkiyə Silahlı Qüvvələrinin və Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin iştirakı ilə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə