Gəncədə atraksionlar texniki baxışdan keçirilir

Gəncədə atraksionlar texniki baxışdan keçirilir

Gəncə şəhərində fəaliyyət göstərən atraksionların texniki baxışı ilə əlaqədar yoxlamalara başlanılıb. Monitorinqlər Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Əmək Müfəttişliyinin yerlərdəki mütəxəssisləri eyni zamanda Gəncə Cihazqayırma Zavodunun rəsmiləri tərəfindən aparılır. Bu məqsədlə sözügedən qurumların bölgələrdəki nümayəndələri tərəfindən komissiya yaradılıb. May ayının 15-nə kimi monitorinqlərin ilk mərhələsi başa çatıb.

İlkin mərhələdə şəhərdə istifadəyə verilən atraksionların fəaliyyətində ciddi qüsurlar aşkar edilməsə də, bir sıra nöqsanlar qeydə alınıb. Komissiyanın sədri Məzahir Həsənovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, aşkar edilən bəzi çatışmazlıqlar elə də ciddi hesab edilə bilməz. Buna baxmayaraq atraksionları işlədən şəxslərə qüsurları aradan qaldırmaq üçün vaxt verilib. Növbəti sonuncu yoxlamanın ardından şəhər sakinləri, eləcə də Gəncəyə gələn qonaqlar fəaliyyət göstərən atraksionlardan rahat şəkildə istifadə edə biləcək.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə