YAP Suraxanı rayon təşkilatı tərəfindən karantin qaydaları çərçivəsində Vətən müharibəsi şəhidləri dünyaya göz açdıqları günlərdə ziyarət edilmişlər. Belə ki, 28 yanvar tarixində Zığ qəsəbəsi Dədə Qorqud yaşayış sahəsinin Şəhidlər Xiyabanında şəhid Orucov Coşqun Oruc oğlunun, 29 yanvar tarixində Binə qəsəbəsinin Şəhidlər Xiyabanında şəhid Əsgərov Rüfət Qabil oğlunun məzarları, 30 yanvar tarixində şəhid Babayev Fərhad Məhərrəm oğlunun ailəsi ziyarət edilmişdir. Vətən müharibəsi şəhidlərinin ailələrinə təşkilat tərəfindən Anım Lövhəsi təqdim olunmuşdur.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov vətənimizin işğaldan azad olunmuş torpaqları uğrunda öz qanından, canından keçərək şəhidlik zirvəsinə ucalmış övladlarımızın dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilərək heç zaman unudulmayacağını, onların adlarının əbədiləşdirilməsi üçün müəyyən addımların atılmasını vurğulamışdır.
Şəhid ailələrinin üzvləri dövlət və xalqımız tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirmiş, şəhid övladlarının qanlarının yerdə qalmaması, ordumuzun xalqımıza qələbə sevinci yaşatmasına görə Cənab Prezidentimizə təşəkkürlərini çatdırmışlar.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB