Bu şəxslərə də hərbi xidmətdən möhlət veriləcək - RƏSMİ

Bu şəxslərə də hərbi xidmətdən möhlət veriləcək - RƏSMİ

Azərbaycanda doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən möhlət veriləcək. SİA-nın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək.

Qanuna dəyişiklik birinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə