Məşhur fotoqraf Şuşadakı Cavanşir xan sarayı barədə paylaşım edib FOTO

Məşhur fotoqraf Şuşadakı Cavanşir xan sarayı barədə paylaşım edib FOTO

Dünyaca məşhur fotoqraf Reza Deqati "Instagram" səhifəsində Şuşa şəhərindəki Cavanşir xan sarayının hazırkı vəziyyəti ilə bağlı fotolar paylaşıb.

SİA-nın məlumatına görə, fotoqraf sarayı sonuncu dəfə 1992-ci ildə ziyarət etdiyini açıqlayıb.

O xatırladıb ki, erməni işğalına qədər Cavanşir xan sarayı ev-muzey kimi fəaliyyət göstərirdi:

"2020-ci ilin dekabrında mən Şuşaya qayıdanda şoka düşdüm. Muzey qarət olunub, binası qismən dağıdılıb. Həyətində isə donuzlar gəzir".

Bütün xəbərlər Facebook səhifəmizdə