Ermənistan Qazax və Füzuli istiqamətində atəşkəsi pozub

Ermənistan Qazax və Füzuli istiqamətində atəşkəsi pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 19-da saat 09.05-dən 09.10-dək Ermənistanın Noyenberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimizi, saat 21.20-dən 21.45-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB