Məcburi köçkünlər antisanitariyanın fəsadları barədə məlumatlandırılacaq
"Qadınlar Arasında Həmrəylik" İctimai Birliyi AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstək Şurası tərəfindən dəstəklənən "Məcburi köçkünlərin kompakt yaşadıqları ərazilərdə antisanitariyaya qarşı məlumatlandırma tədbirlərinin keçirilməsi" layihəsinin icrasına başlayıb. Bu barədə SİA-ya Birlikdən məlumat verilib. Layihə 11 apreldən başlayıb 15 avqust 2011-ci il tarixinədək davam edəcək. Layihənin məqsədi məlumatlandırmaq və məsuliyyət hissini artırmaq yolu ilə məcburi köçkünlərin kompakt yaşadıqları ərazilərdə yolxucu xəstəliklərin azalmasına nail olmaqdır.
Layihənin vəzifələri antisanitariyanın fəsadları ilə bağlı məcburi köçkünlərin məlumatlandırılması, ümumi məişətdən standartlara uyğun istifadə qaydalarının yaradılması, kollektiv surətdə təmizliyə riayət olunması vərdişlərinin formalaşdırılmasıdır.
Qeyd edək ki layihə çərçivəsində ilk tədbir 26 saylı Zəngilan Köçkün məktəbində keçirilib.
Məlumat üçün nəzərinizə çatdıraq ki, "Qadınlar Arasında Həmrəylik" İctimai Birliyi 2002-ci ildən fəaliyyət göstərir. Məqsədi ictimai həyatda və qərarların qəbulunda qadınların rolunun artırılması, onların problemlərinin həll edilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB