Zaqatala rayon Heydər Əliyev Mərkəzində dezinfeksiya işləri aparılıb FOTOLAR
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Zaqatala rayon Heydər Əliyev Mərkəzində növbəti dəfə dezinfeksiya işləri aparılıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə AZƏRTAC-ın bölgə müxbirinə mərkəzin direktoru Famil Rəhimov məlumat verib.
Direktor bildirib ki, dezinfeksiya işləri mərkəzin giriş və muzey hissələrini, dəhlizləri, kitabxana, dərnək və digər təyinatlı otaqları əhatə edib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə muzey və sərgi zallarının yenidən fəaliyyətə başlaması ilə əlaqədar mərkəz tərəfindən sanitar gigiyenik qaydalara nəzarət gücləndirilib. Belə ki, ekskursiyalar zamanı ziyarətçilərin sayına, tibbi maskadan istifadə olunmasına ciddi nəzarət edilir, ara məsafəsi qorunur. Mərkəzin giriş hissəsinə spirt və dezinfeksiyaedici məhlullar qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB