Zakir Həsənov Yunus Əmrə Qaraosmanoğlu ilə görüşdü

Zakir Həsənov Yunus Əmrə Qaraosmanoğlu ilə görüşdü

Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzdə ilk rəsmi qəbul keçirilib. SİA-nın Qarabağ bürosu xəbər verir ki, Mərkəzdə ilk rəsmi qəbul Azərbaycan müdafiə naziri Zakir Həsənov və Türkiyənin milli müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu arasında olub.

Görüş zamanı Yunus Əmrə Azərbaycanın qazandığı şanlı qələbənin önəmini qeyd edib. Bölgədə sülhün yarandığını bildirib.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi mərkəzin ərazisində ağac əkilməsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə