Kərkük və Bağdad qana bulandı: 30 ölü

Kərkük və Bağdad qana bulandı: 30 ölü

İraqın Kərkük və Bağdad şəhərlərində bomba yüklü vasitələr partladılıb. SİA-nın məlumatına görə, partlayışlar nəticəsində 30 nəfər ölüb, 98 nəfər isə ağır yaralanıb. Kərkük Polis İdarəsinin yaxınlığında təşkil edilən hadisədə ölənlərin çoxu polislər olub.

Bölgə səlahiyyətliləri səhər saatlarında 3 partlayışın bir-birinin ardınca baş verdiyini, yaralıların vəziyyətinin ağır olduğundan ölü sayının getdikcə artmasının ehtimal edildiyini bildiriblər.

Paytaxt Bağdadda isə bir nəfər din adamının avtomobilinə yerləşdirilən bomba partladılıb, nəticədə avtomobilin sahibi həlak olub, 2 nəfər isə ağır yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə