Kubanın şərqində helikopter qəzaya uğrayıb

Kubanın şərqində helikopter qəzaya uğrayıb
Kubanın şərqində helikopter qəzaya uğrayıb. SİA-nın məlumatına görə, bu barədə Cubadebate portalı ölkənin Müdafiə Nazirliyinə istinadən bildirib. Məlumata əsasən, helikopterin beş ekipaj üzvü həlak olub. Helikopter Olqin vilayətindən Quantanamo vilayəti istiqamətində uçub. Bildirilib ki, o təpəyə çırpılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə