Bayıl bir neçə ev uçqun altında qaldı SON VƏZİYYƏT - FOTOLAR - VİDEO

Bayıl bir neçə ev uçqun altında qaldı SON VƏZİYYƏT - FOTOLAR - VİDEO

Xəbər verildiyi kimi, dünən saat 21:05-də radələrində Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsi baş verib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələri, eləcə də xilasedicilər cəlb edilib, ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb, müvafiq dövlət orqanları məlumatlandırılıb.

SİA-nın əməkdaşının hadosə yerindən verdiyi məlumata görə, sürüşmə nəticəsində 2 maşın və yolun alt hissəsində olan bir neçə ev uçqunun altında qalıb. Ərazidə mövcud vəziyyətlə yerində tanış olmaq məqsədilə bu gün səhər saatlarında nazir müavini Ragim Lətifov və Nazirliyin aidiyyəti vəzifəli şəxsləri, o cümlədən mütəxəssisləri hadisə yerində olublar.

Qeyd edilib ki, sürüşmə dünən eyni vaxtda Xəzər dənizində baş vermiş kifayət qədər güclü zəlzələ ilə əlaqədar ola bilər. Sürüşmə zonasından müəyyən məsafədə yaponiyalı mütəxəssislərlə birgə işlənilmiş layihə əsasında Nazirlik tərəfindən 3 ədəd 30 metr dərinliyində və 3,5 metr diametrində drenaj quyuları qazılıb, istinad divarlarlı çəkilərək terraslama işləri aparılıb. Bunun nəticəsi olaraq işlər başa çatmış ərazidə heç bir sürüşmə hadisəsi baş verməyib. Dünənki sürüşmə layihənin davam etdiriləcəyi ərazidə baş verib. Xatırladaq ki, layihə hələ bitmədiyindən və ərazidə stabilləşmə prosesləri baş vermədiyindən lokal sürüşmə hadisələri hələ də gözlənilir. Vəziyyət tam nəzarət altındadır.

KƏMALƏ TƏYYARQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə