Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviç Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direksiyasında olub. SİA-nın xəbərinə görə, görüşdə səfirliyin 1-ci katibi Anatoliy Lukyanov, EİF-in baş məsləhətçisi Abbas Əsgərov və məsləhətçisi Aygün Əliyeva da iştirak ediblər.
Görüş zamanı iki ölkənin alimləri arasında əməkdaşlıq perspektivləri, EİF və Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu arasında anlaşma memorandumunun imzalanması, elmi-tədqiqatlar sahəsində Belarusun təcrübəsindən istifadə olunması və digər məsələlər müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB