İsveçrədəki Azərbaycan diasporu 28 may-Respublika gününü qeyd edəcək

İsveçrədəki Azərbaycan diasporu 28 may-Respublika gününü qeyd edəcək

29 may tarixində İsveçrə Konfederasiyasındakı Azərbaycan diasporu 28 may – Respublika günü və Azərbaycanın \"Eurovision 2011\" mahnı müsabiqəsində qələbə qazanması münasibətilə bayram tədbiri keçirəcək. SİA-nın xəbərinə görə, Bazel şəhərində təşkil olunacaq tədbir \"Azərbaycanın dostları\" Birliyinin təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə Azərbaycan diasporu ilə yanaşı digər millətlərin nümayəndələrinin də iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə