Danimarkada \"Eurovision 2011\" müsabiqəsində Azərbaycanın qələbəsi qeyd olunub

Danimarkada \"Eurovision 2011\" müsabiqəsində Azərbaycanın qələbəsi qeyd olunub

Danimarkada yaşayan azərbaycanlılar Azərbaycanın "Eurovision 2011" mahnı müsabiqəsində qələbə qazanmasını bayram ediblər. SİA-nın xəbərinə görə, ölkənin paytaxtı Kopenhagendə yaşayan azərbaycanlılar şəhərin mərkəzi meydanı "Rodhus plads"-da toplaşıb turist qatarı kirayə alaraq Azərbaycanın "Eurovision 2011" müsabiqəsində qalib gəldiyini danimarkalılar və şəhərin qonaqlarına bəyan ediblər.

Əllərində Azərbaycan və Türkiyə bayraqları dalğalandıran soydaşlarımız "Azərbaycan" və "Eurovision" sədaları altında qatarla şəhərin mərkəzi küçələri ilə hərəkət ediblər. Azərbaycan bayrağı ilə yanaşı Türkiyə bayrağının da dalğalanması bu iki ölkənin qardaş ölkə olduğunun sübutu və danimarkalılara mesajı idi.

Turist qatarında Azərbaycanın "Eurovision 2011" təmsilçilərinin ifa etdikləri \"Running Scared\" mahnısı səsləndirilirib. Azərbaycan diasporunun azyaşlı nümayəndələrinin də əllərində Azərbaycan bayraqlarının olması və onların da Azərbaycan sədasını səsləndirməsi danimarkalılara və şəhərin qonaqlarını heyran edib.

Bütün xəbərlər Facebook səhifəmizdə