Dövlət qulluğu vəzifələrinin tutulması üçün qeydə alınan namizədlərin nəzərinə...
Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı dövlət qulluğu üzrə zəruri qanunvericilik bilikləri, namizədlərin iddia etdiyi dövlət orqanının ümumi təyinatı və vakant vəzifə üzrə zəruri biliklərə dair müsahibə proqramlarını təqdim edilib. SİA-nın xəbərinə görə, bu proqramların açıqlanmasında məqsəd aprelin 26-da elan edilən ümumi müsahibə və müsahibə üzrə qeydə alınan namizədlərlə müsahibələrin keçirilmə qrafikini və namizədlərin müsahibəyə daha yaxşı hazırlaşmalarını təmin etməkdir.
Təqdim edilən müsahibə proqramlarında ümumi və sahə üzrə mövzular, həmin mövzuların əhatə olunduğu ədəbiyyatların siyahısı, o cümlədən müsahibə proqramlarının tərtibatı üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və müvafiq dövlət orqanının məsul şəxslərinin əlaqə vasitələri haqqında məlumatlar qeyd olunub. Təqdim edilən müsahibə proqramları namizədlərin bilik səviyyəsini və peşə hazırlığını qiymətləndirmək məqsədi daşıyır. Müsahibədə eləcə də namizədlərin ümumi dünyagörüşü və şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi ilə bağlı sualların verilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB