May ayının 21-də, yay qabağı, "Baltika-Bakı" pivə zavodu şəhər üzrə Xoş Əhval-ruhiyyə, xalqları birləşdirən Dostluq və Pivə bayramını hədiyyə edir. Tofiq Bəhramov adına Mərkəzi Respublika stadionunun meydançasında baş tutacaq festivalda yerli şou-biznesin nümayəndələri, habelə "Diskoteka Avariya" populyar rus qrupu iştirak edəcəklər.
"Biz şadıq ki, "Baltika-Bakı" zavodu tərəfindən şəhər bayramlarının keçirilməsi artıq xoş bir ənənəyə çevrilir. Bu il biz festivalı mayda, yayın gəlməsinə bir neçə gün qalmış təşkil edirik, bununla da yayın gəlməsini Bakı sakinləri ilə birlikdə qeyd edirik. Bayramda qonaqlar bir çox müsabiqələrdə iştirak edə, qiymətli hədiyyələr ala biləcək, konsertə baxacaqlar və özlərinin sevimli "Xırdalan", "Baltika", "Tuborq", "Bizim" və Əfsanə" pivələrindən ləzzət ala biləcəklər. Biz ümidvarıq ki, növbəti bayram Bakı sakinlərinin xoşuna gələcəkdir, axı biz onu səmimi qəlbdən hədiyyə edirik! Bununla yanaşı, bayram əhval-ruhiyyəsinin yüksək səviyyədə qalması üçün, köpüklü içkinin məsuliyyətlə və orta səviyyədə qəbul edilməsi haqqında xatırladırıq!", - deyə "Baltika-Bakı" zavodunun direktoru Adam Tlexuray qeyd etdi.
SİA-nın verdiyi məlumata görə, ənənə üzrə, festivala buraxılış pulsuz olacaqdır. Bayramın açılışı saat 14:00-a nəzərdə tutulmuşdur. Daha sonra iştirakçılar gecədən keçənə qədər əylənə biləcəklər. Festivalın şou-proqramında yerli artistlərdən Zülfiyyə Xanbabayeva, Natəvan Həbibi, Elnur, Xəyyam, Məryəm, Zamiq və başqaları iştirak edəcəklər. Bayramın proqramında, qaliblərinə televizor, mobil telefon, dizüstü kompüter və s. kimi qiymətli hədiyyələrin təqdim ediləcəyi müsabiqələrin keçirilməsi nəzərdə tutulmuşdur. Bayram əhval-ruhiyyəsinin yaradılması üçün, girişdə hər kəsə şən baş örtükləri təqdim ediləcəkdir.
Festivalın oyun proqramına nərd, oxatma, qalaya hücum oyunları daxil edilmişlər. Həmçinin aşağıdakı əyləncə zonaları da nəzərdə tutulmuşdur: bədəndə həna ilə şəkil çəkmək, milli geyimlərin yoxlanılması, əsil viziri olan fotoşəkil, kanat çəkişməsi, torbalarla döyüş, ağac ayaqlarla məsafənin dəf edilməsi, torbalarda qaçış, çəlləyin diyirlənməsi, stolüstü futbol, "Çapar" müsabiqəsi, armreslinq, qrafiti. Axşam, "Diskoteka Avariya" qrupunun çıxışından sonra "Alovlu şou", habelə musiqi diskotekası baş tutacaqdır.
"Baltika-Bakı" şirkətinin birinci festivalı 2010-cu ilin avqustunda, Şıx çimərliyində keçirilmişdi. Çimərliyin ərazisində müxtəlif müsabiqələr keçirilirdi. Azərbaycan estradasının bir çox ulduzlarının iştirakı ilə əsas səhnə fəaliyyət göstərirdi. 4 min nəfərdən artıq insan 2010-cu ildə şəhər bayramında iştirak etmişdi.
"Baltika-Bakı" pivə zavodu Azərbaycanda 2008-ci ildən fəaliyyət göstərir və özünün bütün fəaliyyəti ərzində mədəniyyət və maarif sahəsində layihələri dəstəkləyir, həm də Abşeron rayonunun inkişafı üzrə sosial proqramlara yardım göstərir. 2010-cu ilin mart-aprel aylarında, "Baltika-Bakı" şirkətinin dəstəyi ilə, Ü.Hacıbəyli adına Bakı musiqi akademiyasının ifaçılarının-gənc musiqiçilərin müsabiqəsi baş tutmuşdur. Həmçinin ötən il şirkət "BONEY M"-in Bakıda keçirilən konsertinin, habelə Azərbaycanda "Kabablar və Barbekyu" üzrə populyar çempionatın baş sponsoru kimi çıxış etmişdir. Sonuncu tədbirdən əldə edilmiş bütün pulları təşkilatçılar yetimlər evinə vermişlər. 2010-cu il ərzində şirkət Azərbaycanın büdcəsinə 11 mln. manatdan artıq vəsait ödəmişdir.
***
"Baltika" Pivə zavodu" ASC – Şərqi Avropada xalq istehlakı mallarının istehsalı sahəsində ən iri şirkətdir. "Baltika" brendi Avropada satış üzrə birinci yeri tutur (Euromonitor). Şirkətə Rusiyanın 10 şəhərində zavodlar, Azərbaycanda 1 zavod, geniş brend portfeli məxsusdur. "Baltika" pivə şirkəti — Rusiya pivəsinin aparıcı ixracatçısıdır: "Baltika"nın məhsulu dünyanın 70 ölkəsində təmsil olunmuşdur, Rusiya pivəsinin bütün ixracat təchizatlarının 70%-i Şirkətin payına düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB