YAP Qobustan rayon təşkilatında növbəti aksiya

YAP Qobustan rayon təşkilatında növbəti aksiya

Yeni Azərbaycan Partiyasının keçirdiyi "Şəhid ailələrinə qayğı" aksiyasi çərçivəsində Qobustan rayonunun Cəyirli kəndindən olan şəhid ailələrini ziyarət etdik. Ziyarət zamanı YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev şəhid ailələrinin vəziyyəti ilə maraqlanıb, ailələrinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edilib. Eyni zamanda, ailələrə maddi yardım olunub.

Baş leytenant İbadov Murad Yusif oğlu və əsgər Məmmədov Elxan Bədəl oğlunun valideynləri ilə söhbət zamanı bildirildi ki, onların övladları igidlik, fədəkarlıq, şücaət göstərərək 30 ildir işğal altında olan torpaqlarımızı azad etmiş, bütün şəhidlərimizin qisasını alaraq şəhid olmuşlar. Belə qəhrəman övladlar yetirdiklərinə görə onlara minnətdarlıq edilmişdir. Bildirilmişdir ki, hər bir şəhid ailəsi, hər bir qazi ölkə Prezidenti İlham Əliyevin, birinci vitse prezident Mehriban xanım Əliyevanın, Azərbaycan dovlətinin daim diqqətindədirlər. Onlara olan diqqət və qayğı əbədidir. Şəhidlərin valideynləri İbadov Yusif və Məmmədova Zərövşan onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə