Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu
Bəli, Azərbaycan Prezidenti İlham Əliyev istər İkinci Vətən Müharibəsindən əvvəl, istərsə də sonra quduzlaşmış, quldur, faşistxislətli, xəstə təfəkkürlü Ermənistanın baş naziri Nikol Paşinyanı dəfələrlə "Düz yola gəl" mesajını verdi. Ancaq küçə «demokratı» hansı «düşüncə» ilə «düz yola» gələ bilərdi? Bu gün Yerevanda baş verən proseslər bir daha onu göstərir ki, erməni xalqı küçə xəstəsini hakimiyyətə gətirdikləri üçün peşman olublar. İndi özləri küçələrə düşüblər, «düz yol» axtarırlar, ancaq… Günahkar kimdir? Belə bir atalar sözü var: «sonrakı peşmançılıq fayda verməz». Hələ də bütün bunlardan sonra erməni xalqı anlamır ki, Ter-Petrosyan hakimiyyətindən tutmuş indiki küçə «demokratı» başıpozuq, xəstə təfəkkürlü Nikol Paşinyana kimi savadsızların uğursuz hakimiyyət «siyasətinin» əziyyətini elə sadə erməni xalqı çəkir və nə qədər ki, bu küçə xəstəsi hakimiyyətdədir. Bir fikirləşsinlər ki, faşistxislətli, quldur, quduzlaşmış Paşinyan bu günə kimi hansı qələtləri etməyib? «Qarabağ Ermənistanındır, vəssalam!» böyük qələtini edərkən, Azərbaycan Prezidentinin cavabı «NİDA!» olmalı idi. Ən əsas məqam isə, Nikol bu cavabı nəinki öz ölkəsində, hətta bütün dünya siyasətçiləri, prezidentləri səviyyəsi qarşısında almaqla yanaşı, həm də dünyadakı erməni havadarlarına da bir «düz yola gəlin» mesajı idi və bununla Azərbaycan dövlət başçısı bu məsələni dəfələrlə təkrar çatdırıb: «Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi bütün tərəflər üçün qəbulediləndir».
Və onu da qeyd edək ki, Azərbaycanın Qalib, diplomatik Lideri Prezident İlham Əliyev cənabları Paşinyan və onun ətrafında olan anlamazlıqlara real cavab bir dəfə çağırış etdi - «Qarabağ Azərbaycanındır və nida işarəsi» və «Ermənistan işğalçı dövlətdir!» ifadəsini əvəz edən digər fikir ola bilməz. Və bu gün Azərbaycan Prezidentinin apardığı xarici, ümumiyyətlə, bütün sahələr üzrə əvəzolunmayan siyasəti məhz dövlət başçısının düşünülmüş siyasətinin uğurlu nəticəsidir.
Lakin işğalçı ölkə olan Ermənistanın xarici işlər naziri utanmadan təhlükəsizlik problemlərindən, müqəddəratı azad şəkildə ifadə etməkdən danışması bir daha erməni xalqının bədbəxtçiliyidir ki, yaşadıqları ölkəyə belə səviyyəsiz, quldur, gorbagorlar başçılıq edir.
Paşinyan xəstə komandası ilə haraya qədər…
Göründüyü kimi, anlamayanı anlatmaq olmaz. Bir də, 40-ında öyrənən… Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı məğlubiyyətdən sonra Ermənistan Silahlı Qüvvələrində islahatların aparılmasının vacibliyini bildirib. Necə deyərlər: «sonrakı peşmançılıq fayda verməz». Paşinyan bu barədə yeni müdafiə naziri Vaqarşak Arutyunyanı nazirliyin heyətinə təqdim edərkən bildirib: «Baş verənləri ciddi şəkildə təhlil etməli, harada və niyə səhv etdiyimizi, bu səhvlərdən nəticə çıxarmaq üçün nəyin lazım olduğunu anlamalıyıq. Ümumiyyətlə, orduda və silahlı qüvvələrdə islahatların aparılması zərurəti ilə üzləşdiyimiz açıqdır».
Paşinyan silahlı qüvvələrin uğurlu fəaliyyəti üçün «orduda və Silahlı Qüvvələrdə sağlam ənənələri pozmadan yeni bir məntiq, yeni taktika və strategiya qurmağın çox vacib olduğunu»,-deyib.
Paşinyan, «axsaq atın kor nalbəndi» olan xəstə komandanla haraya qədər? Anlamalıdır ki, dar ağacından asılmaq istəmirsə öz xəstə komandası ilə birlikdə bu oyundan geri çəkilməyin vaxtıdır. Çünki bu gün dünyanın böyük dövlətlərinin başçıları dəfələrlə bəyan ediblər ki, münaqişə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə həll oluna bilər və sübut olundu da! Ancaq bütün bu deyilənlər bir daha sübut edir ki, işğalçı ölkənin işğalçı baş naziri Paşinyan - bütövlükdə öz xəstə komandası ilə birlikdə bu oyundan geri çəkilsin. Çünki keçirilən son görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı artıq Ermənistan cəmiyyətində Paşinyan rejiminə qarşı böyük nifrət və inamsızlıq formalaşdırdı. Və nəticədə 25-26 oktyabr tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşünün Yekun Sənədi və bu yüksək səviyyəli tədbirdə iştirak edən 159 nümayəndə heyətinin birmənalı şəkildə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan Ermənistanın işğalçı dövlət olması ilə bağlı qəti mövqeyi Azərbaycanın xarici siyasətimizin uğuru ilə yekun NİDASINI qoydu.
Erməni müxalifətləri: «Azərbaycan Prezidentinin açıqlamaları Paşinyanın üzündəki maskanı cırır»
Bu, həqiqətən də belədir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə faşist xislətli Ermənistanın baş naziri Nikol Paşinyanın maskasını cırsa da, həyasızlığını o qədər, daha doğrusu ən yüksək şkalaya- 100-ə qalxsa belə yenə də o təcavüzkar, sərsəm xislətindən əl çəkmir ki, çəkmir…
Ermənistan Respublika partiyasının sədr müavini, keçmiş vitse-spiker Armen Aşotyan baş nazir Nikol Paşinyanı sərt dillə tənqid edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin son müsahibəsində verdiyi açıqlamalar Paşinyanın əsl simasını göstərir: «İlham Əliyevin açıqlamaları Nikol Paşinyanın üzündəki maskanı cırır. Bu şəraitdə baş nazirin Prezident İlham Əliyevə cavab vermək yerinə mənasız müzahirələrini dinləmək, xarici işlər nazirinin həmin açıqlamaları şərh etməkdən imtina etməsi sadəcə absurddur. Bu da təəccüblü deyil. Belə savadsız, xarici siyasətdən, ümumiyyətlə, siyasətdən xəbərsiz bir küçədən gələn hay-küyçüdən ancaq müzakirələr eşidilməsi təəccüblü də deyil. Bu yolun sonu yenə küçə olacaq».
Argişti Kyaramyan: «Türkün iti olmaq daha yaxşıdır, nəinki...» –
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (SNB) direktoru Argişti Kyaramyanın göstərişi ilə bir müddətdir ölkədə Rusiya agentlərinin axtarışı aparılır. Bu barədə erməni şərhçi Vladimir Sarkisyan deyib. Onun sözlərinə görə, SNB rəhbəri Argişti Kyaramyan Rusiya agentlərinin axtarışı məsələsində belə bir ifadə işlədib: «Türkün iti olmaq daha yaşıxıdır, nəinki...». Bu cümlənin davamı «nəinki Rusiyanın» deməkdir.
Vladimir Sarkisyan onu da bildirib ki, kulislərdə işlədilən bu ifadəyə görə SNB rəhbərini tənqid edir, Rusiyanın Ermənistanın təhlükəsizlik zamini olduğunu, yeni hakimiyyətin dövlətə xəyanət etdiyini deyir.
Həmçinin, A.Kyaramyanın «Türkün iti olmaq daha yaxşıdır, nəinki...» ifadəsi Ermənistanda hakim komandanın Rusiyaya qatı nifrətini göstərir.
Azərbaycan Prezidenti: «Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir»
Bəli, sentyabrın 27-də Ermənistanın törətdiyi təxribata adekvat cavabı olaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Sentyabrın 27-dən başlanmış və noyabrın 10-da başa çatmış hərbi mərhələ sübut etdi ki, Ermənistan hakimiyyəti məntiqli, rasional düşüncəyə malik deyil, onlar erməni xalqının yox, sırf xarici qüvvələrin maraqlarına xidmət edirlər. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz.
Və bu gün artıq Azərbaycan haqqın, ədalətin, ərazi bütövlüyünün bərpasına nail oldu. 30 illik əsarət altında olan torpaqlarımızın azadlığına son qoyuldu.
Deyir, dünyanın istənilən nöqtəsində baş verən müharibədə qələbənin təmin olunması üçün bir neçə vacib tələblər var: düşünən beyin və vuran əllərdən ibarət canlı qüvvə, müasir texniki imkanlar, davamlı hərbi təminat və əhval ruhiyyə. Bu tələblər təmin olunursa, döyüş meydanında uğur mütləq təmin edilir. Müzəffər Azərbaycan Ordusunda bunların hamısı var. Əlbəttə ki, bütün bu prosesə, zəfər yürüşünə peşəkarlıqla liderlik edən Ali Baş Komandandır. Nəticə göz önündədir. Bunun da təməlində qələbəyə inanan, uzun illərdir intizarında olduğumuz Böyük Zəfərin əldə edilməsi üçün dövlətimizə, rəşadətli Ordumuza, Ali Baş Komandanımıza dəstək verən xalqımızın böyük ruh yüksəkliyi, milli vəhdəti dayanır.
Paşinyan isə çıxış yolu layiq olmadığı oturduğu o kresloya əlvida deyib, gəldiyi yerə – küçəyə bağırmağa getməlidir.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB