YAP Masallı rayon təşkilatının üzvləri şəhid ailələrini ziyarət ediblər - FOTOLAR

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və təşkilatın bir qrup fəalı Vətən müharibəsində canını fəda etmiş şəhidlərin ailələrini ziyarət ediblər.

Rayonun Çaxırlı və Xırmandallı kəndindən olan Cəbrayıl Qasımov, Məhəmməd Vəliyev, Murad Nefesov və Ziya Gözəlovun ailəsini ziyarət edən təşkilatın sədpri və nümayəndələri xalqımızın, şəhidlərin əziz xatirəsini daim uca tutduğunu, dövlətimizin bu ailələrə daim diqqət mərkəzində saxladığını, onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün həyata keçirilən layihələrdən danışıb.

Həmçinin görüş zamanı Vətən müharibəsi şəhidləri barədə təəssüratlar dinlənilib, torpaqlarımızın qorunması uğrunda canından keçən Vaqifin hünərinin hər bir gəncə örnək olması və hər bir Azərbaycan vətəndaşının öz qəhrəmanlarını tanımasının vacibliyi qeyd edilib.

Görüşdə dövlətimizin şəhid ailələrinə qayğısından razılıq ifadə olunub.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...