Türkiyədə istehsal olunan bu preparat Covid-19-dan qoruyur - FOTOLAR

Türkiyənin səhiyyə mövzusunda ilk və ən böyük dövlət universiteti olan Tibb Elmləri Universitetinin nəzdində Bəslənmə və Qida Təhlükəsizliyi Araşdırma Mərkəzi Müdiri Prof. Dr. Hasan Önal koronavirusdan qorunmaq üçün ümidverici bir işə imza atıb.

SİA xəbər verir ki, Prof. Dr. Önal, Covid-19-a qarşı immunitet qazandıran "Quermax" adlı yeni bir qida əlavəsi hazırlayıb. Kənd Təsərrüfatı Nazirliyinin lazımi icazələri ilə kütləvi istehsalına başlanılan Quermax-dan danışan Prof. Dr. Önal açıqlamasında bunları deyib:

"Tibb Elmləri Universiteti Qanuni Sultan Süleyman Təhsil və Araşdırma Xəstəxanasında etik komitənin təsdiqindən sonra aparılan klinik araşdırmada, Covid-19-a yoluxdurma riski yüksək olan xəstələrlə çalışan 71 səhiyyə işçisi Quersetin ve C Vitamini (QC) iki bölünmüş dozada qoruyucu olaraq başladılıb. Eyni zamanda heç bir əlavə preparat istifadə etməyən eyni risk qrupunda olan 42 səhiyyə işçisindən ibarət nəzarət qrupu da qurulub. 120 günlük sınaq müddətində QC qrupundakı 71 səhiyyə işçisindən bir nəfər və nəzarət qrupundakı 42 səhiyyə işçisindən doqquz nəfər Covid-19 infeksiyasına yoluxub. Quersetin istifadə edən bir iştirakçı səssiz infeksiya kimi asemptomatik, digərləri isə simptomatik olaraq 15 gün evdə izlənilib. Nəticədə, bu tapıntılar QC əlavələrinin müntəzəm istifadəsinin Covid-19 infeksiyasına qarşı qoruyucu olduğunu əhəmiyyətli dərəcədə ortaya qoyub. Tədqiqatın əvvəlcədən çap edilmiş versiyası dünyanın əhəmiyyətli jurnallarından biri olan Lancet-də yayımlanıb".

Kütləvi istehsal başlanıb

Quersetin 2004 və 2012-ci illərdə koronavirus ailəsindəki digər viruslara qarşı sınaqdan keçirilib və korona viruslarının hüceyrələrə daxil olmasının qarşısını aldığı göstərilib. Quersetin və Vitamin C aktiv maddələri ilə yenidən sintez edilən "Quermax" adlı məhsula qida əlavəsi olaraq istifadə edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyindən lazımi icazələr alınıb ​​və kütləvi istehsalına başlanıb. Artıq istifadəyə hazırdır. Effektivliyi artırılmış başqa bir formula ilə Səhiyyə Nazirliyində dərmanların tətbiqi üçün lazımi hazırlıqlara başlanıb. Kütləvi istehsal ŞTİ şirkəti tərəfindən başladılıb.

Ciddi yan təsirləri yoxdur

"Hamilə qadınlar, süd verən analar, aktiv döş xərçəngi və ya böyrək xəstəliyi olan insanlar üçün uyğun deyil".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə