YAP Quba rayon təşkilatının üzvləri şəhid ailələrini ziyarət edib - FOTOLAR

YAP İcra Katibliyinin 16 yanvar 2021-ci il tarixli ümumrespublika müşavirəsində “Şəhid ailələrinə qayğı”layihəsinə uyğun olaraq YAP Quba rayon təşkilatı tərəfindən aksiya davam edir. Belə ki, Quba rayon II Nügədi kənd sakini şəhid Mirzəyev Rahim Qalib oğlunun, 26 yanvar 2021-ci il tarixdə Quba rayon Aşağı-Atuc kənd sakini şəhid Orucov Afər Yafət oğlunun və Quba rayon Ağbil kəkd sakini şəhid Bayraxtarov Batdal Mikail oğlunun ailəsinə YAP Quba rayon təşkilatının sədri Yusif Abidov və apart işçiləri baş çəkmiş, problemləri ilə maraqlanmış və müvafiq köməkliklər göstərilmişdir.

Ziyarət olunan şəhid ailələrinə təşkilat tərəfindən diqqət və qayğı göstərilərək ərzaq yardımı və maddi köməklik göstərilmiş, həmçinin evlərinə su xəttinin çəkilməsi, yerləşdiyi binaların məhəlləsinə çınqıl tökülməsi , işıq problemlərinin aradan qaldırılması, eləcə də TƏBİB-in Quba ərazi bölməsi tərəfindən zəruri dərman vasitələri ilə təmin edilməsi və digər məsələlər barədə aydiyyatı qurumlara göstəriş verilmişdir. Bu aksiya rayon təşkilatı tərəfindən mütəmadi olaraq davam etdiriləcək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onlar Vətənimizin bütövlüyü uğrunda canlarını qurban verməklə ən uca zirvəyə, şəhidlik zirvəsinə ucaldılar. Şəhidlərimiz daim bizim qəlbimizdə yaşayacaq.

44 günlük Vətən müharibəsi bütün dünyaya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini göstərdi. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər hər birimizdə böyük qürur və fəxarət hissi yaratdı, milli birliyimizi, həmrəyliyimizi daha da gücləndirdi. Bu böyük qələbə sevincini bizə yaşatdığına görə Ali Baş Komandanımız Cənab Prezident İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna təşəkkür edirik . Qəhrəman şəhidlərimizin qanı yerdə qalmadı. Əzəli torpağlarımız işqaldan azad edildi. 30 illik həsrətə son qoyuldu. Bir daha Allahdan şəhidlərimizə rəhmət diləyirik. Qəbirləri nurla dolsun.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...