Estoniyanın Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan nöqsanı aradan qaldırılıb
Mayın 14-də bir sıra kütləvi informasiya vasitələrində Estoniyada fəaliyyət göstərən "CSC Telecom" şirkətinin internet səhifəsində "tariflər EEK" bölməsində Dağlıq Qarabağın Ermənistanın ərazisi kimi qeyd olunması haqqında məlumat dərc edilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dərc olunmuş məlumatla əlaqədar Estoniyadakı səfirliyimiz tərəfindən şirkətin direktoru Vlad Sobolev ilə əlaqə saxlanılıb.
Səfirliyimiz tərəfindən şirkətin nümayəndəsinə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu və buna görə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərildiyi bildirilib, şirkətin internet səhifəsində yol verilmiş nöqsanın dərhal aradan qaldırılması xahiş edilib.
Şirkət direktoru Vlad Sobolev texniki səhvə yol verildiyinə görə üzr istəyərək, səhvin dərhal aradan qaldırılması üçün tədbir görəcəyini vəd edib. Səfirliyimizin müdaxiləsi nəticəsində "CSC Telecom" şirkəti öz internet səhifəsindəki tariflər haqqında məlumata dərhal düzəliş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB