Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə tam hazırdır

Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə ortaq mərkəzinin tərkibində olacaq rus hərbçilər, atəşkəs rejiminə birgə nəzarət vəzifələrini yerinə yetirmək üçün hazırlıq keçirlər və Azərbaycan Respublikasının ərazisinə getməyə hazırlaşırlar. Bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər verir.

Təlim zamanı hərbi qulluqçular Birgə Mərkəzin quruluşunu, məqsədini, vəzifələrini və funksiyalarını, işin təşkili qaydasını öyrənirlər.

Rusiya və Türkiyə tərəfdən paritet əsasda təmsil olunan Birgə Mərkəzin şəxsi heyəti atəşkəsə pilotsuz uçan aparatlardan istifadə etməklə nəzarət vəzifələrini yerinə yetirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...