YAP Samux rayon təşkilatında qazilərlə görüş keçirilib -FOTOLAR

YAP Samux rayon təşkilatında Gənclər Birliyiının təşkilatçılığı ilə II Qarabağ müharibəsində yaralanmış əsgər qazilərlə silsilə onlayn görüşlər keçirilib. SİA səbər verir ki, belə görüşlərdən biri də Samux şəhər sakini, Daxili qoşunlarda xidmət edən, II Qarabağ müharibəsi qazisi Babək Samir oğlu İsmayılovla olub.

Görüşün keçirilməsində məqsəd Vətən müharibəsində yaralanmış qazilərimizi, onların göstərdikləri igidlik və şücaəti gənclərə tanıtmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarət olub.

Görüşdə Vətən müharibəsi qazisi ilə yanaşı YAP Samux rayon təşkilatı Gənclər Birliyinin üzvləri iştirak edib.

Babək İsmayılov müharibə ilə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən bəhs edərək YAP üzvlərini maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə