Xırdalanda dağıntılar altında daha bir nəfərin meyiti tapılıb

Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalan azyaşlının meyiti tapılıb.

Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva deyib.

Onun sözlərinə görə, FHN xilasediciləri daha bir nəfərin meyitini dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış baş verib. FHN xilasediciləri dağıntılar altından 6 nəfəri xilas edib, 1 nəfərin cəsədini çıxarmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə