Bir zamanlar sıx meşələri ilə zəngin olan Hacıkənd meşə massivi yenidən bərpa edilir. Bu barədə SİA-nın bölgə müxbirinə Göygöl rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsindən məlumat verilib. Məlumata görə, yaz aylarında təxminən 30 ha ərazidə 45 min ağac əkilib.
Bundan əlavə sıx ərazilərin qorunması məqsədi ilə çəpərlər çəkilib. Vəziyyəti daha da yaxşılaşdırmaq məqsədi ilə adı çəkilən qurum tərəfindən ərazidə yaşayan vətəndaşlarla maarifləndirici görüşlər keçirilir. Qanuna əməl etməyən şəxslər üçün isə yeni cərimə sanksiyaları tətbiq edilir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB