Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi və DİN-in birgə MƏLUMATI

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi bildirir ki, 2021-ci il yanvar ayının 8-dən etibarən həyata keçirilən, Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlərin istifadə müddəti bitmiş, itirilmiş, istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrinin Bakı şəhərində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən yenisi ilə əvəzlənməsi prosesi 15 fevral 2021-ci il tarixinədək uzadılmışdır.

Ünvan: Bakı şəhəri,Rəşid Behbudov küçəsi -130.

Tel: (012) 590-64-43,
590-64-31.

Bütün xəbərlər Facebook səhifəmizdə