“BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi

Prezident İlham Əliyev "Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. SİA xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"na aşağıdakı məzmunda 16-1-ci hissə əlavə edilir: "16-1. Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti". Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə