Bu sahələr fəaliyyətini bərpa edir - RƏSMİ

Bildiyiniz kimi pandemiyanın kəskin fazaya keçməsilə məcburi qapanmalara gedilmişdi. Ona görə də, hazırda vəziyyətlə əlaqədar bir çox sahələrdə artıq durğunluq yaranıb. SİA xəbər verir ki, virusa yoluxma hallarının azalması ilə artıq Operativ Qərargah müəyyən yumşaldılmalara gedilməsinə qərar verib.

Beləliklə, Yanvarın 25-dən etibarən aşağıdakı sahələr özfəaliyyətini bərpa edir:

- Ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, "Mall"ların fəaliyyəti istisna olmaqla);

- bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

- muzey və sərgi zallarının fəaliyyəti;

şəhərlərarası və rayonlararası hərəkət.

Qeyd edək ki, fevralın 1-dən isə kafe və restorların fəaliyyəti bərpa olunur.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə