Ana südü əvəzinə süni qida köprələrə nə "bəxş" edir? - ARAŞDIRMA

Son dövrlərlə elmi məlumatlarda qəribə tendensiyalar müşahidə olunur. Belə ki, bəzi elmi dairələrə, alimlərə istinadla verilən məlumatlarda ən təbii qidaların zərərli olduğu, əvəzində şokalad, şərab kimi qidaların hədsiz xeyrindən dəm vurulur. Belə məlumatlardan biri də ana südünün uşağa o qədər də faydalı olmadığı, süni vitamin komplekslərinin daha faydalı olduğu haqdadır. Belə məlumatları kimlər və niyə yayır, məqsəd nədir? Bu yazıda bu məsəni araşdırmağa çalışacağıq.

“Ana südü zərərlidir, ona görə də biz uşaqlar üçün süni qida hazırlayacağıq”

Bu yaxında yayılan analoji məlumatda deyirir ki, ispaniyalı və finlandiyalı alimlər ana südünün insana zərərli olması barədə araşdırma aparılıb. Araşdırmada bildirilir ki, yeni doğmuş qadının südündə 700-dən çox mikroorqanizm– zərərli bakteriyalar var. Qeyd edək ki, hər iki ölkənin alimləri bu araşdırmanı “American Journal of Clinical Nutrition”un nəzarəti altında ediblər.

Araşdırma 12 il davam edibmiş. Bu müddətdə könüllü hamilə qadınları nəzarət altında saxlayan alimlər doğuşdan sonra, bir həftəlik və bir aylıq müddətdən sonrakı dövlərə aid süd nümunələrini toplayıblar. Yeni doğan qadınların südündə 700-dən çox bakteriya tapdıqlarını iddia edən “alimlər” bildirir ki, ana südündə indiyədək bilinəndən daha çox bakteriya var. Bu saxta alimlər deyir ki, ana südünün tərkibindəki maddələr dəqiqliklə tədqiq ediləndən sonra yeni doğulan uşaqlara eyni tərkibli qida məhsulları hazırlayacaqlar.

Qeyd edək ki, eyni alimlər bir müddət əvvəl ana südünün tərkibindəki maddələrin uşaqların allergik xəstəliyə tutulmasının qarşısını aldığı barədə də bir araşdırma hazırlamışdı. Amerika və Avropa ölkələrində belə “elmi” məlumatlara tez-tez rast gəlinir.

Rusiya mətbuatı nüfuzlu rus alimlərinə istinadla yazır ki, ana südünün 700 zərərli bakteriya daşıması fikri absurddur. Belə ki, ana südünün tərkibindəki bakteriyaların uşağın inkişafında, sağlamlığında əhəmiyyətli rol oynadığını bildirən rusiyalı mütəxəssislər ana südünün heç bir halda körpəyə zərərli olmadığını, əksinə hec cür əvəz edilə bilməyəcək hədsiz xeyirli bir qida olduğunu bildirir.

Qeyd edək ki, nüfuzlu Türkiyə alimləri də eyni fikirdədir və əhalini belə saxta məlumatlara inanmamağa, süni uşaq qidalarından aralı durmağa, körpələrinə mütləq ana südü verməyə çağırır.

Bəzi anaların südündəki zərərli maddələr nə ilə bağlıdır?

Yeri gəlmişkən xatırladaq ki, son illərdə Amerikada ən çox satılan kitablar arasında bir kitab da var. Bu amerikalı Florens Villiamsın “Breasts” (Süd vəziləri) adlı kitabı idi. Kitabın müəllifi iddia edirdi ki, ən təbii qida hesab edilən ana südü zəhərli maddələr ehtiva edir. İxtisasca jurnalist olan müəllif yazırdı ki, qadın döşləri südün tərkibindəki zərərli maddələri özündə saxlayır, amma bir müddət sonra o maddələri də südü ilə bərabər övladına ötürür. Öz südünü bir laborotoriyada yoxladan jurnalist yazır ki, onun südündə reaktiv təyyarənin yanacağının tərkibində olan maddə, silikonun verdiyi kimyəvi maddələr, hormonlar üçün qəbul edilmiş dərmanların qalığı və bu kimi xeyli sayda maddə aşkarlanıb.

Qəribədir ki, jurnalist kitabında süd verən ananın körpəsini əmizdirdiyi dövrdə nə silikondan, nə iynə-dərmandan, nə də kosmetik vasitələrdən istifadənin doğru olmadığı barədə heç nə yazmayıb. Bu da faktdır ki, bir çox amerikalı qadın hamiləlik və əmizdirmə dövründə nə qidalanmasına, nə də yaşam tərzinə fikir vermir. Belə ki, son araşdırmalara görə hər amelikalı 8 qadından 1-i ağır dərəcədə narkomandır və dünyaya gətirdikləri uşaq anadangəlmə narkotik asılılığı ilə doğulur. Bir çoxu isə alkoloq və tütün asılılığından əziyyət çəkir və onların körpələri də xəstə doğulur.

Eyni zamanda, hazır yeməklərdən, plastik qablaşdırmada olan qidalardan istifadəyə görə liderlik edən bu ölkənin qadınları hamiləlik dövründə daha çox süni qidalarla, broyler toyuğu və yumurtası, GMO ərzaqlar, şəkərli içkilərlə qidalandıqları üçün bir çoxunun dünyaya gətirdiyi uşaq zəif, çəlimsiz və xəstə olur. Jurnalist müəllif nədənsə bütün bunları yox, ana südünün zərərlərini yazır, amma o zərərləri yaradan səbəblərin təhlükəsini yazmır.

Pediatr: Ana südünün uşağa zərərli olduğunu demək ağılsızlıqdır

Pediatr Günel Şahsuvarova deyir ki, ana südü ilə qidalanan uşaqlarda “miningit”, qulaq infeksiyaları, revmatizm, əsəb problemi, immun çatışmazlığı olmur: “Siz təsəvvür edin ki, dərmanların sağalda bilmədyi bəzi qulaq ağrılarını ana südü sağaldır, döş əmən uşaqlar çox az xərçəng xəstəliyinə tutulma riski daşıyırlar. Ana südü ilə qidalanan uşaqların immuniteti daha güclü olur. Süni qida ilə qidalanan uşaqların ana südü ilə qidalanan yaşıdları ilə nisbətdə diabet xəstəliyinə yoluxma riski var”.

Həkim bildirir ki, ana südünün faydaları və əmizdirmənin əhəmiyyəti dövrümüzdə daha aktualdır: “İndi qidaların əksəriyyəti təbii deyil, geni dəyişdirilmiş məhsullar yeyirik. Bunları yeyən ananın südü də olmur. Ona görə hamiləlik boyunca çalışıb təbii qidalanmaq lazımdır. Mümkün olsa, kənd mühitində qalmaq doğuşdan sonra südü artırır. Ana südünün zərərləri barədə deyilənlər absurddur, ana südünün insan orqanizminə xeyri aksiomadır, bunu inkar etmək ağılsızlıq olar”.

Pediatr deyir ki, Azərbaycanda analar ana südünün xeyri barədə çox az bilirlər: “Analar daha çox məlumatlanmalıdırlar, bilməlidirlər ki, hər qaşıq ana südü uşağı bir təhlükəli xəstəlikdən qoruyur. El arasında “ağız südü” dediyimiz ilk süd isə sadəcə möcüzədir, biz ona “ilk peyvənd” deyirik”.

Həkimin fikrincə, Azərbaycanda ana südü ilə qidalanma faizi qərb ölkələrindəki qədər təhlükəli səviyyədə olmasa da, qənaətbəxş də deyil: “Bizdə anaların 50 faizdən çoxu övladını təbii yolla qidalandırır. Lakin normal halda bu göstərici azı 90 faiz olmalıdır. 10 faizi müəyyən (ölüm, xəstəlik və s təbii) səbəbdən süd verə bilməyən analar təşkil edə bilər”.

Ginekoloq: “Süd verən analar daha gözəl, qamətli və sağlam olurlar”

Mama-Ginekoloq Könül Qarayeva isə əmizdirmənin qadın orqanizminə faydalarından danışdı. Həkim bildirir ki, körpəsini təbii yolla qidalandıran qadınlarda süd vəzisi xərçənginə əmizdirməyən qadınlara nisbətən 25% daha az rast gəlinir: “Çoxları doğuşdan sonra arıqlamaq üçün onlarla pəhriz menyusuna əməl edirlər, idman edirlər, amma yenə də fayda olmur. Qadın körpəsini təbii yolla əmizdirdikdə daha sağlam formada arıqlaya bilər. Bunun səbəbi odur ki, hər gün körpəsini əmizdirən analar gün ərzində 500 kalori yandırır. Halbuki pəhrizlərlə, idmanla bu qədər kalori yandırmaq mükün deyil”.

Həkim bildirir ki, uşağını təbii yolla qidalandıran qadınlarda yumurtalıq və döş xərçəngi riski xeyli azalır: “Bundan əlavə doğuma nəzarət həbləri, uşaqlıqdaxili spirallara da ehtiyac olmur, çünki əmizdirmə dövründə analar hamiləlikdən də sığortalanırlar: “Qadınlar bəzən bəhanə edirlər ki, görünüşüm, sinəmin quruluşu dəyişir, əmizdirmək istəmirəm. Amma Ümumdünya Səhiyyə Təşkilatı öz hesabatında qeyd edir ki, süd verən qadınlar əmizdirməyənlərlə nisbətdə daha şux, qamətli, sağlam və uzunömürlü olurlar. Bəzən də olur ki, qadınlar süd vəzisinin deformasiya olunmasını istəmədikləri üçün, süd durğunluğu nəticəsində yaranan ağrılardan uzaq olmaq üçün süd vermək istəmirlər. Lakin bununla öz körpələrinə necə ağır zərər verdiklərini düşünmürlər”.

Sosioloq: “Bu kimi “araşdırmalar”ın yalnız bir məqsədi var...”

Sağlam Cəmiyyət Hərəkatının eksperti Nübar İsmayılova bizimlə söhbətində bildirdi ki, bu cür “elmi araşdırmaların” heç bir elmi əsası yoxdur və hansısa məqsədə xidmət edir: “Bu kimi “araşdırmalar”ın yalnız bir məqsədi var, bunlar süni uşaq qidalarının satış faizini yüksəltmək üçün atılan addımlardır. Bu tamamilə təxribatdır. Bəşəriyyət yaranandan bu günə kimi insan ana südü ilə qidalanıb. Ana südünün tərkibindəki bakteriyalar zərərli deyil, əksinə körpənin immun sisteminin güclənməsinə xidmət edir. Ana sağlamdırsa, zərərli vərdişləri yoxdursa onun südündə zərərli bakteriyalar ola bilməz. Ana orqanizmi elə qurulub ki, öz bədənindəki, ya da qəbul etdiyi qidalardakı zərərli maddələrin südə keçməməsini təmin edir”.

Bir çox mütəxəssislər isə iddia edirlər ki, ana südünə qarşı mübarizə qlobal dairələrin dünya əhalisinin sayının azaldılması, bir çox xalqların genetik təcavüzə məruz qoyulması planları ilə bağlıdır. Buraya ailə planlaması və boşanmaların təbliği, GMO-nun, energetik içkilərin və Coca-colanın və s sonsuzluq yaradan məhsulların qlobal reklamı kimi addımlar da daxildir.

Ana südü ilə süni uşaq qidasının fərqi elmi araşdırmalarda öz əksini tapır. Hələ 2008-ci ildə Ukraynada maraqlı bir araşdırma aparılmışdı. Bu ölkədə 2500 uşaq arasında aparılmış tədqiqata görə, ana südü ilə qidalanan uşaqlar zehni qabiliyyəti və yaddaşının gücünə görə sina qidalar verilən yaşıdlarına nisbətən hər cəhətdən daha çox inkişaf edirlər.

Rusiyada aparılan başqa bir araşdırmada isə ağır cinayət törədən yeniyetmələrin 85 faizdən çoxunun ana südü ilə qidalanmadığı, onların süni qidalarla böyüdüldüyü aşkar edilmişdi.

Türkiyədə aparılan analoji araşdırmada isə ana südü ilə qidalanan körpələrin ailəyə daha bağlı olması, fikizi və mənəvi cəhətdən daha sağlam olması aydın olmuşdu.

Yaponiyada aparılan buir ədqüiqatda isə, ana südü ilə qidalanan uşaqların dərslərdə daha yüksək nəticə göstərdiyi məlum olmuşdu.

Lakin media nədənsə, belə məlumatları yox, əks məlumatları tirajlamaqda maraqlıdır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə