Modelyer «Caspian Rose» kolleksiyasını xeyriyyə məqsədilə regionlarda da nümayiş etdirmək niyyətindədir

Modelyer «Caspian Rose» kolleksiyasını xeyriyyə məqsədilə regionlarda da nümayiş etdirmək niyyətindədir
Bakıda əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın "Caspian Rose" adlı kolleksiyası təqdim olunub. SİA-nın xəbərinə görə, xeyriyyə məqsədilə keçirilmiş təqdimatdan əldə edilmiş gəlir Bakının Maştağa qəsəbəsindakı uşaq evinin hesabına köçürülüb. F.Xələfova bu kolleksiyanı bir müddət əvvəl Gürcüsğanda "Georgian Fashion Week" moda həftəsi çərçivəsində nümayiş etdirmişdi. Fəxriyə Xələfova "Caspian Rose" kolleksiyasını xeyriyyə məqsədilə regionlarda da nümayiş etdirmək niyyətindədir.


Bütün xəbərlər Facebook səhifəmizdə