Texniki Universitetə yeni prorektor təyin olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris işləri üzrə prorektor vəzifəsinə yeni təyinat olunub.

Universitetin mətbuat xidmətindən SİA-nın verilən məlumata görə, yeni təyin olunan prorektor Nurəli Yusifbəyli bu gün kollektivə təqdim olunub. Rektor Vilayət Vəliyev bildirib ki, Nurəli Yusifbəylinin Tədris işləri üzrə prorektor təyin olunması AzTU-da tədqiqatların, elmi əməkdaşlığın, universitet-sənaye işbirliyinin və tələbə-müəllim münasibətlərinin inkişafında mühüm rol oynayacaq.

Rektor qeyd edib ki, Nurəli Yusifbəyli bir sıra dövlət qurumlarında məsul vəzifələrdə çalışaraq daimi olaraq yüksək səviyyədə elmi-tədqiqatlar aparmaqla yanaşı, həm də 1998-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. O, 2003-cü ildən AzTU-nun Avtomatika və idarəetmə kafedrasının professorudur. Rektor yeni prorektora uğurlar arzu edib, həmçinin əvvəlki prorektor Xaliq Yahudova fəaliyyətinə görə təşəkkür edib.

Tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli AzTU-nun ona doğma olduğunu qeyd edib və göstərilən bu etimadı doğruldacağını bildirib.

Qeyd edək ki, bundan əvvəl AzTU-nun Tədris işləri üzrə prorektoru vəzifəsini icra edən Xaliq Yahudov ötən ay öz xahişi ilə işdən azad olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...