Bir kəndin on igidindən biri haqqında

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda gedən Vətən Müharibəsi hələ uzun illər böyük-böyük söhbətlərin, tədbirlərin baş mövzusu olacaq, hərbi ekspertlər, tanınmış siyasətçilər tərəfindən müxtəlif fikirlər söyləniləcək. Söz yoxki, sağlam düşüncəli insanlar Azərbaycanın öz torpaqlarını azad etmək üçün apardığı müharibəni həmişə xeyrin şər üzərində qələbəsi kimi dəyərləndirib, dəstəkləyəcəklər.

Şərur rayonunun Çomaxtur kəndi də 44 günlük ikinci Qarabağ savaşına bütün Azərbaycan xalqı kimi öz tövhəsini verdi. 17 oktyabrından 1 dekabra kimi müharibənin davam etdiyi 44 gün müddətində cəbhədə döyüşdü. Kəndən cəbhəyə yollanan on igiddən dördü şəhidlik zirvəsinə ucaldı. Onlar balaca kənddə doğulsalarda böyük Azərbaycanın, ümumilikdə dünya azərbaycanılarının, türk dünyasının qürur mənbəyinə çevrildilər. Rəyon mərkəzindəki şəhidlər xiyabanında uyuyan bu igidlər həmişə yad edilir və heç vaxt yaddan çıxa bilməz. Torpaqlarımızın yağı düşməndən azad edən altı digər həmkəndlimiz qalib kimi ailələrinin yanına qayıtdılar. İgidlərdən biri də ailənin tək oğlu olan Əlisoy Cavanşir Məhəmmədəli oğludur.

Evlərinin yaxınlığında olan hərbi hissənin əsgərlərinin hərəkətlərinə, paltarlarına həmişə həsəd aparıb. Böyüyəndə səliqə ilə geyinmiş həmin əsgərlərdən biri olmaq, döyüşmək və qalib gəlmək fikri ondan əl çəkməmişdir. Nəhayət böyüyb orta məktəbi bitirdi, əsgəri hərbi xidmətə sevinclə yollandı. Hərbi xidmətdən sonra silahlı qüvvələrdə xidmət etməyi qarşısına məqsəd qoydu. 2020-ci ilin yanvarından ərizə ilə xidmətə başladı. Arzusu müddətdən artıq hərbi qulluqçu kimi orduda xidmət etmək idi ki, bu arzusu da nəhayət yerinə yetdi. Müharibə başlananda öz komandirindən xahiş etdi ki, ona birincilər sırasında cəbhəyə yollasınlar. Hərbi hissə rəhbərliyində bilirdilər ki, Cavanşir kimi igid, qeyrətli oğlanlara ehtiyac böyükdür. Oktyabrın 19-də ilk döyüşü Füzuli uğrunda gedən döyüşlər oldu. Cavanşir öz xatirələrini dilə gətirərək döyüş yoldaşları haqqında elə fəxarətlə danışır ki, maraqla qulaq asmaya bilmirsən.

Cavanşirin dediklərindən: "Mən Naxçavandan gələndən sonra yoldaşlarımdan ayırdılar. Həmkəndlim Muradla birlikdə başqa bir Tabora düşdük. İstər Murad, istərsə də mən cəsarətimizlə, qorxmazlığımızla tabor komandirimiz Göyçə Qurbanovun, onun müavini kapitan Bağırlının nəzərini cəlb etmişdik. Bütün döyüşlərdə 16 nəfərlik qrupp şəkilində fəaliyyət ggöstərirdik. Məktəbdə, əsgərlikdə, müxtəlif yerlərdə çoxlu dostlarımız olub. Onlarla səmimi münasibətlər qurmuşam, can deyib, can eşitmişəm. Ancaq cəbhə dostluğu, səngər dostluğu heç nə ilə əvəz edilə bilməz. Mənim həyatda qardaşım yoxdur. Orada çoxlu qardaşlar qazandım. Goranboydan Əsgərov Zaman, Ağcabədidən İbrahimov Fürudin, Biləsuvardan qrup kamandirinin müavini, baş leytenant Pərvin Rəhimli, Yevlaxdan leytenant Əliyev Elsevər, Bayramov Ləmyar və başqaları bir-birimizi qardaşdan artıq istəyirdik. Ayrılanda hər birimizin gözləri dolmuşdu. Sanki ən əziz adımımızdan ayrılmışıq. Səngər dostluğu yaman olurmuş. İndi də onlarla davamlı zəngləşirik. Şuşa döyüşləri doğurdan da yaddan çıxmazdır. Mən özümü onda tanıdım və nəyə qadir olduğumu anladım. Füzulinin, Qubadlının, Xocavənd kəndlərinin azad olunması ilə bağlı döyüşlərdə bütün qrupumuz əsil igidliklər göstərdi. Düşmənə qan uddurduq.

Komandirlərimizin tarşırıqlarını vicdanla, şərəflə yerinə yetirirdik. Zaqataladan olan qrupp komandirimiz, baş leytenant Dövlətbəy Yunusov bizim böyük qardaşımız idi. Ümumiyyətlə qrupda olan 16 nəfərin hər biri bir-birinə qardaş idi. Mən bu cür qardaşlığı həyatımda birinci dəfə görürdüm. Şuşa döyüşləri çətin və şərəfli oldu. Dağı necə dırmaşırdıq, necə bıçaqla, limonkalarla döyüşürdük, iki göz lazım idi ki, bizə baxıb həsəd aparsın. Şuşa döyüşlərində həmkəndlim Xəlilov Murad Vəli oğlu snayper gülləsinə tuş gəldi şəhid oldu. Yaralı və yaxud şəhid olsun özümüzlə daşıyırdıq. Başqa cür ola bilməzdi. Şuşa döyüşləri müharibənin qələbə ilə başa çatmasına dair siqnal oldu. Zəfər bayramı nə yaxşı ki, Şuşanın azad olunma günü qeyd edilir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Şuşanın işğaldan azad edilməsində şəxsi igidlik və şücaət göstərdiyinə görə, Xəlilov Murad Vəli oğlu (ölümündən sonra) və Əlisoy Cavanşir Məhəmmədəli oğlu "Şuşanın azad olunması" mudalı ilə təltif olundular.

Qeyd edim ki, kənddə hər kəs Əlisoy Cavanşir Məhəmmədəli oğlunun itkin və ya şəhid olduğunu düşünürdü. Nəhayət noyabrın 10-da onun ailəsinə telefon bağlantısı bütün kəndi sevincə qərq etdi. Yaxın vaxtlarda Əlisoy Cavanşir Məhəmmədəli oğlunun toyu olacaq, bununlda qələbə sevincimizə yeni cevinc qatılacaq.

Musa Yolçu oğlu Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...