5 il ərzində ödənilməyən cərimə silinəcək

İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 il müddətində icra edilməmişdirsə, daha icra edilməyəcək.

SİA-nın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsində inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddəti ilə bağlı maddəyə yeni bənd əlavə edilir.

Qeyd edək ki, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir.

Layihə yaxın müddətdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...