Bu dərmanlar koronavirus zamanı ölümə yol aça bilər TÖVSİYƏ

Koronavirus elə bir xəstəlikdir ki, onun öyrənilməsi elə də asan iş deyil və həkimlər, alimlər tərəfindən köklü qaydada öyrənilməyib. Bir sıra tibbi preparatlar infeksiya ilə müqayisədə ciddi fəsadlara gətirib çıxara, hətta ölümə də səbəb ola bilər. SİA xəbər verir ki, alim Coşua Şaffsinin COVİD-19-a qarşı istifadə edilən iki preparat barədə fikirlərini “Medik forum” yazıb.

Şaffsinin sözlərinə görə, xəstəlik zamanı həzmedici sistem əlavə yüklənmələrə səbəb olur, belə ki, bakteriya və viruslar, məhz bu sistem vasitəsi ilə xaric edilir. O, lopermaid əsasında olan antidiarey dərmanlarından istifadə etməyi məsləhət görmür, çünki bağırsaqların işini gecikdirir. Məhz buna görə infeksiya orqanizmdə daha çox müddətdə qalır və həzmedici orqanlara zərbə vurur.

İkinci təhlükəli dərman inqolyatorlardır ki, onun da tərkibinə fenilafrin daxildir. Onun təhlükəsizliyi bundan ibarətdir ki, burundakı qan damarlarına fəsadlar yaradır və qan axımını pozur. Belə preparatlar xüsusilə təzyiqi olan insanlar üçün təhlükəlidir, koronavirus zamanı isə ölümə səbəb olar bilər.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə