YAP Suraxanı rayon təşkilatı şəhid ailəsini ziyarət etdi

YAP İcra katibliyinin tövsiyəsinə uyğun olaraq YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva Hövsan qəsəbəsindən olan şəhid Mərdanov Vaqif Ədalət oğlunun ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə yaxından maraqlanmışlar. Görüş zamanı şəhidlərimizin əziz xatirəsi yad edilmiş, şəhidimiz barəsində xoş təəssüratlar paylaşılmış, torpaqlarımızın qorunması yolunda canından keçmiş Vaqifin hünərinin hər bir gəncimizə örnək olması və hər bir Azərbaycan vətəndaşının öz qəhrəmanlarını tanımalı olduğu bildirilmişdir. Məhz bu səbəbdən "Yeni TV" tərəfindən şəhidimiz haqqında geniş reportaj hazırlanmışdır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə