"Reza Deqhati, günümüzün şahidi, Azərbaycanla bagli xatirələr" vebinar keçirilib

Fransada fəaliyyət göstərən "Alim" Elmi Assosiasiyası və Fransa–Azərbaycan Dialoq Assosiasiyasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş vebinar keçirilib. SİA-nın məlumatına görə, "Reza Deqhati, günümüzün şahidi, Azərbaycanla bagli xatirələr" mövzusunda təşkil edilmiş vebinarda azərbaycanlı icmasının və fransız ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan əsilli fransız fotoqraf Reza Deqhati 20 Yanvar hadisələri zamanı Bakıya getdiyini və Azərbaycan paytaxtında gördüklərini fotokamerasının lentinə köçürdüyünü bildirib. Bir neçə gün sonra Fransaya qayıdan soydaşımız həmin şəkilləri xarici KİV-lər vasitəsilə yayaraq Bakıda baş verən dəhşətləri dünya ictimaiyyətinin nəzərinə çatdırıb. Fotoqraf təqdim etdiyi hər bir şəklin, eləcə də I və II Qarabağ savaşında çəkdiyi fotoların hekayəsini danışıb.

Tədbir Facebook üzərindən canlı yayımlanıb və minlərlə istifadəçi tərəfindən izlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...