Azərbaycana daimi yaşamaq üçün 1 516 nəfər gəlib

Keçən il Azərbaycana gələn və ölkədən xaricə gedənlərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, 2020-ci ilin 11 ayı ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana gələn 1 516 nəfər qeydə alınıb.

Daimi yaşamaq üçün ölkədən xaricə 531 nəfər gedib.

Miqrasiya saldosu müsbət 985 nəfər təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə